Cənubi Afrikanın Cohannesburq şəhərinin Katlehonq bölgəsində qandonduran hadisə baş verib.
Unikal.org-un xarici mediaya istinadən məlumatına görə, nəhəng siçovullar 3 aylıq qız uşağını diri-diri yeyərək öldürüb.
Belə ki, həftəsonu 26 yaşlı ana əkiz uşaqlarından birini götürərək gecə bara yollanıb. Əkizlərdən digərini - 3 aylıq qız uşağını isə evdə tək qoyub. Məsuliyyətsiz ana gecə əyləncəsindən evə qayıdarkən körpəni nəhəng siçovullar tərəfindən parça-parça edilmiş halda görüb. Gəmirici siçanlar uşağın dilini, gözlərini və barmaqlarını yeyərək öldürüb.
Ana fəryadlar içərisində qışqırmağa başlayıb. Evə toplaşan qonşulardan biri "bu qadın həbsdə çürüməlidir, analıq etməsinə yol vermək olmaz sözlərini dilə gətirib.
Qonşulardan biri isə "bu qadının ən çox sevdiyi şey gecə əyləncələrinə getməkdir deyib.
Məsuliyyətsiz ana ölümə səbəb olma ittihamı ilə həbs edilib. Gənc qadın gələcək il hakim qarşısına çıxacaq.