Hələbdəki qırğını dünyaya çatdıran 7 yaşlı Bana Alabedi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sarayına qəbul edib.
Unikal.org xəbər verir ki, Prezident və xanımı Əminə Ərdoğan Bana Alabedi ailəsi ilə birlikdə yüksək səviyyədə qəbul edib.
Ərdoğan balaca qızcığazı qucaqlayaraq onu öpüb və ona olan sevgisini çatdırıb.
Mediaada əks olunan kadrlarda Ərdoğan uşaqlarla xüsusi olaraq maraqlanıb.
Qeyd edək ki, Suriyanın Hələb şəhərində yaşayan 7 yaşlı Bana Alabed ictimai mediya vasitəsilə Hələbdəki qırğını dünyaya çatdırdı. Hələbin şərqində Katırıcı məhəlləsində yaşayan 7 yaşlı Bana anası olan ingilis dili müəlliməsi Fatma ilə birlikdə 3 ay əvvəl Twitterdə açdıqları hesabla dünyaya, qırğının sona yetməsi üçün hərəkətə keçmələri çağırışını verdi. Fatma Alabed Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğluna mesaj ataraq kömək istəmiş, Çavuşoğlu da onları qurtracağına söz vermişdir. Artıq balaca qızcığaz ailəsi ilə birlikdə Türkiyəyə gəliblər.