Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən "Kolomensk metro stansiyasının keçidində partlayış olub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın təcili xidmətlərindən bildiriblər.

Məlumata görə, partlayış Andropov prospektindəki "Kolomensk metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Şahidlərin dediyinə görə, partlayış nəticəsində 5 kv.m. sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.

Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb.