Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən Unikal.org-a verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7575 məzənnəsi ilə başlayıb və 1,7620 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7575 səviyyəsində müəyyənləşdirib.