Belçikanın Anden şəhərində NATO-nun baş auditoru İv Şandelonun meyiti tapılıb.
Unikal.org "RİA Novosti"yə istinadən bildirir ki, meyit İ. Şandelonun iş yerindən 140 km və yaşadığı yerdən 100 km uzaq olan ərazidə aşlar edilib.
Bəzi mənbələrə əsasən NATO əməkdaşı başına atəş açaraq intihar edib, lakin ailəsi bu versiyanı təkzib edir.
60 yaşlı İv Şandelonun adına 3 odlu silah qeydiyyatdadır. Lakin atəş qeydiyyatsız silahdan açılıb.