Öz evini sökmək, təmir etmək istəyirsən ancaq istəmədən qonşunun evinə də ziyan verirsən. Çünki Bakıdakı əksər həyət evləri bir-birlərinə çox bitişik tikilib. Xoşa gəlməz hadisə baş verəndə hər 2 mənzilə də ziyan dəyir. Üstəlik normalara uyğun tikilməyən belə evlərin sonradan sənədləşdirlməsi də mümkün deyil.
Əksər vətəndaşlar elə bu insanlar kimi həyət evləri tikərkən qonşunun evi ilə onun mənzilinin arasında nə qədər məsafənin saxlanılması bilmirlər
Elə paytaxtda iç-içə tikilən həyət evləri də bu vəziyyəti subut etməyə kifayət edir.
Məsələn 10 metrə yaxın hündürlüyü olan bu həyət evləri az qala bitişik tikilib. Yanaşı tikilən bu evlərin birində baş verən hər hansı bir xoşagəlməz hadisə digər evin də ziyan görməsi deməkdir..
Daşınmaz Əmlak eksperti Nüsrət İbrahimov deyir ki, qanunvericilikdə həyət evlərinin hansı standartlar əsasında tikilməsi aydın şəkildə göstərilir. Bu tələblərin birinin pozulması ağır nəticələr törədə bilər.
Ekspertin sözlərinə görə, Normalara əsasən həyət evi ilə sərhəd xəttinin arasındakı məsafə tikilən evin hündürlüyünün üçdə biri qədər olmalıdır.
Nüsrət İbrahimov deyir ki, gələcəkdə bənzər xoşagəlməz halların və anlaşmazlıqların yaşanmaması üçün mütləq vətəndaşlar bu normalara əməl etməlidir.
Mütləq mənzil tikməzdən əvvəl onun layihəsini və vacib bir sıra səbədləri müvafiq icra hakimiyyətinin Şəhərsalma və tikinti şöbəsinə təqdim etmək lazımdır. Çünki normalara uyğun tikilməyən mənzilənin sonradan sənədləşdirlməsi mövcud qanunvericliyə görə mümkün deyil.