Amerika fond bazarında Dow Jones indeksi 0,07% - 19 933,81 bəndədək, S&P 500 0,13% - 2 263,79 bəndədək, NASDAQ 0,28% - 5 462,69 bəndədək artıb.
Unikal.org "APA-Economics"-ə istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,06% - 7 068,17 bəndədək, Fransa CAC-40-ı isə 0,10% - 4 839,68 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,05% - 11 449,93 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,90 dollar artaraq 1333,60 dollara, gümüş isə 0,03 dollar bahalaşaraq 15,79 dollara satılıb.