"Miss Turkey - 2012-nin qalibi Açalya Samyeli iş adamı Erman Ademoğlu ilə ailə həyatı qurub.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün toyu 24 dekabrda Parisdə baş tutub.

Mərasimə 70 nəfər qonaq dəvət olunub. Onların arasında tanınmış simalar - Arda Turan, Özlem-Saffet Ulusoy, Emir Bahadır da yer alıb.