"Azərbaycan və İran arasında imzalanmış "Xudafərin və "Qız Qalası Sazişi bu yaxınlarda İran parlamenti tərəfindən ratifikasiya edilib. Sazişin siyasi və iqtisadi əhəmiyyəti böyükdür.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə dekabrın 27-də Bakıda keçirilmiş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin və "Qız Qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş 2016-cı il fevralın 23-də imzalanıb.