Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,88 dollar bahalaşaraq 53,90 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,93 dollar artaraq 56,09 dollar olub.
Unikal.org azertac-a istinadən xəbər verir ki, "AzəriLayt markalı neftin bir barrelinin qiyməti isə dəyişməyərək 55,42 dollar təşkil edib.