Türkiyə terror təhlükəsinə qarşı özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
 
Unikal.org-un"Report"a istinadən verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktı ilə bağlə bəyanatında bildirib.
Dövlət başçısı deyib ki, Türkiyənin ordu və təhlükəsizlik orqanları bundan sonra da əzmlə terrora qarşı mübarizə aparacaq.
Ərdoğan deyib: "Vətəndaşlar narahat olmasın. Dövlətin bütün strukturları xalqla birlikdədir. Bu mübarizə öz səmərəsini mütləq verəcək. Terrorçular məhv ediləcəkdir".
Prezidentin sözlərinə görə, regionda yaşanan qeyri stabil vəziyyət səbəbindən son illərdə Türkiyədə də terror aktlarının sayı artıb: "Ancaq əminəm ki, Türkiyənin bütünlüyünə, xalqın bərabərliyinə yönəldilən zərbələr nəticəsiz qalacaq. Çətin günlər geridə qalacaq".