Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
Unikal.org-un Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tərəflər Suriyada atəşkəs rejiminə dair razılaşmanın vacibliyini qeyd edərək, bu ölkədə böhranın tam nizamlanması istiqamətində səylərin razılaşdırılmasına dair razılığa gəliblər.
Liderlər biri-birinə Yeni il bayramı ilə əlaqədar təbriklərini çatdırıblar.