Tehranın "Mehrabad" havalimanında sərnişin təyyarəsi eniş edən zaman yanıb.

Unikal.org-un IRNA-ya istinadən verdiyi xəbərə görə, yanğının baş vermə səbəbi hələlik məlum deyil. Bəzi KİV-lərin məlumata görə, təyyarə təcili eniş edərkən alışıb.

Hadisəyerinə yanğın söndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürüldüyü bildirilir.

İnsident nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.