Azərbaycan əsilli Rusiya milyarderiVahid Ələkbərov2016-cı ildə sərvətini 5,3 mlrd. ABŞ dolları civarında artırıb.
Unikal.org-un "Bloomberg Billionaires Indexə istinadən verdiyi xəbərə görə, bununla da V.Ələkbərovun sərvəti 78,2% artaraq 12 mlrd. dollara çatıb.
Məlumata görə, hazırda "LUKoil rəhbəri dünyanın ən zəngin 200 nəfərinsiyahısinda 92-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, bu il sərvətini ən çox artıran milyarderlər siyahısına Uorren Baffet (Warren Buffet), Bil Geyts (Bill Gates) və Harold Hamm başçılıq edirlər. Ümumi sərvəti 73,1 mlrd. dollar olan U.Baffet 10,8 mlrd. dollar, B.Geyts 8,9 mlrd. dollar, H.Hamm isə 8,1 mlrd. dollar qazanıblar.
Nəticədə, B.Geytsin sərbəti 90,6 mlrd. dollara, H.Hammın isə 15 mlrd. dollara çatıb. V.Ələkbərov ötən ilin eyni dövrü ilə müqayisədə (Year To Date - YTD) sərvətini artıran milyarderlərin siyahısında faiz nisbətində 3-cü, məbləğ nisbətində isə 11-ci yeri tutur.