Qazax rayonunda ağır qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Qazax rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, martın 13-də 1939-cu il təvəllüdlü Nəriman Osmanov və qeyri-rəsmi nigahda olduğu 1941-ci il təvəllüdlü Dünya Bakıxanova öldürülüb.
Məlumatda bildirilir ki, Qazax rayonunun Cəfərli kəndində onların üzərlərində çoxsaylı xəsarətlər olan meyidləri aşkarlanıb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilir.