İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədənlərin məqsədi Türkiyəni xaos meydanına döndərməkdir.

Unikal.org xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, millətimizin qarşısında qəsdedənlər, vətəndaşları da hədəf alan mənfur hücumlarla, ölkəmizi qarışdırmağa, xalqımızın əhvalını pozaraq xaos meydana gətirməyə çalışırlar. Onlar heç zaman məqsədinə çatmayacaqlar. 

Prezident bildirib ki, bizlər əsla bu cür "adamların" çirkli oyunlarına fürsət verməməliyik.

"Fərqli terror təşkilatlarının ölkəmizi hədəf aldıqları bu hücumları, bölgəmizdə yaşanan hadisələrdə müstəqil olmadığının fərqindəyik. Ölkəmizə istiqamətli təhdidlər və hücumları kökünü kəsmək qərarını vermişik. Bu müddətdə itirdiyimiz hər bir insan, ürəyimizi dağlamaqla bərabər, mübarizə əzmimizi qamçılamaqta, qərarlarımızı dəstəkləməkdədir".

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.