Gürcüstanın Rustavi şəhərində qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 gənc yanaraq ölüb

Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, BMW markalı avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.

Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.

Hadisənin başvermə səbəbləri araşdırılır.