ABŞ-da Texas ştatının Mak-Kinni şəhəri üzərində iki yüngülmühərrikli təyyarə toqquşub.
Unikal.org "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.
İnsident özəl hava limanı yaxınlığında baş verib.
Yerli aviasiya idarəsinin məlumatına görə, hər iki təyyarənin pilotu vizual uçuş qaydası tətbiq edib və qəzadan öncə dispetçer ilə əlaqə saxlamayıb.