Dünya birjalarında neftin qiyməti rekord həddə bahalaşıb.
Unikal.org xəbər verir ki, "Brent" markalı neftin qiyməti 58,06 dollara yüksəlib.
Bu, 15 iyul 2015-ci ildən sonra qeydə alınan ilk belə göstəricidir.
VTİ markalı neft 2015-ci ildən bu yana ilk dəfə 55,24 dollara qalxsa da sonradan ucuzlaşmağa başlayıb. Hazırda bu markalı neft bazarlarda 54,91 dollara satılır.
Neftin qiymətinin bu qədər bahalaşmasına əsas səbəb kimi Küveyt və Omanın neft hasilatını azaltması göstərilir.