2020-ci ildən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.
Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Qeyd olunur ki, Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir.
Ekspertlər vurğulayırlar ki, Azəraycanda yaxın illərdə ucuz elektrik mühərrikləri ilə işləyən avtomobillərin gətirilməsinə daha çox üstünlük veriləcək. Ola bilər ki, bu cür avtomobilləri ölkəyə gətirilmsi müəyyən güzəştlər də edilməsi istisna edilmir. Həmçinin yaxın gləcəkdə elektrik mühərriki ilə işləyən şəhər daxili avtobusların da gətirilməsi mümkün ola bilər. Bu cür avtobusların gətirilməsi üçün Azərbaycan Çin bazarı ilə maraqlanır.