Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən unikal.org-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8638 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat səviyyəsində qərarlaşıb.