Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Unikal.org-un AMB-yə istinadən verdiyi xəbərə görə, hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb. Başqa sözlə, qiymət artımı 0,2% və yaxud 0,0035 manat təşkil edib.