"Bayraqlı ədliyyəsinin qarşısından bir avtomobil keçərkən polislərimiz onu saxlamaq istəyib, silahlı atışma olub. Terrorçular hadisə yerindən qaçmaq istəyərkən bobmalı maşın partladılıb və bunun nəticəsində baş verən atışma zamanı 1 polis və 1 ədliyyə işçisi şəhid olub. 3-ü polis, 4-ü mülki vətəndaş olmaqla 7 nəfər yaralanıb.
Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İzmir valisi Erol Ayyıldız bildirib.
Onun sözlərinə görə, 2 terrorçu ölü şəkildə ələ keçirilib: "Məlumata görə, bu hücumu PKK terror təşkilatı həyata keçirib.