2016-cı ildə aparılmış xidməti yoxlamalar nəticəsində 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, bu barədə 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, həmin 49 işçidən 9 nəfəri prokurorluq orqanlarından xaric edilib.