Vergilər Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, Nazirliyin Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinə yeni baş direktor təyin edilib.
Nazir Fazil Məmmədovun əmri ilə sözügedən vəzifəyə ədliyyə müşaviri İsmayılov Vüqar İsmət oğlu təsdiq edilib.
O, bundan əvvəl Nazirliyin bu il, yanvarın 1-dən eyni adlı departamentə çevrilmiş Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi olub.
Xatırladaq ki, Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında yaradılıb.
Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, kiçik vergi xidməti müşaviri Toğrul Quliyev isə bundan sonra Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsini icra edəcək. T. Quliyev 2016-cı ilin fevral ayından etibarən Vergi auditi və operativ nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb.