ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə yerli polisin "Tvitterdə yerləşdirdiyi məlumatda bildirilir.

"Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, - məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb.

Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini Esteban Santyaqo saxlanılıb.