Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq. 

"Azəravtoyol ASC-dən unikal.org-a verilən xəbərə görə, işlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Neftçilər prospektindən keçən vaqonların nə daşıdığı məlum olduNeftçilər prospektindən keçən vaqonların nə daşıdığı məlum oldu