"İraq Hava Yolları aviaşirkətinin bu gün Bakıda qətlə yetirilmiş əməkdaşının İraqın Azərbaycandakı səfirliyi və o cümlədən müvəqqəti işlər vəkilliyi ilə heç bir bağlılığı yoxdur.

Unikal.org xəbər verir ki, bu barədə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli bəyanat yayıb. O, həmçinin qeyd edib ki, ölümlə nəticələnən hadisə iki Azərbaycan vətəndaşı arasında münaqişə zəminində baş verib: "Azərbaycan hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparırlar. Öldürülən şəxs İraqın Azərbaycandakı səfirliyi ilə heç bir əlaqəyə malik deyil. Onun qardaşı səfirliyin yerli əməkdaşıdır. (Azərtac)