İmic, dizayn və ya simvol... Bir çox insanda döymə görə bilərik. Lakin o döymələrinmənaları bizi daha çox maraqlandırır. Əgər siz də bədəninizin hər hansı bir yerini seçdiyiniz döymə ilə bəzəməyi planlaşdırırsınızsa, hər şeydən əvvəl yaxşı düşünməlisiniz. 

Unikal.org ən çox seçilən döymə simvolları və onların mənalarını təqdim edir.

Çin əlifbası:Kiçik, amma yenə də böyük məna verən bir döymə istəyirsinizsə, Çin əlifbası üzərində dura bilərsiniz. Bu döymənin variantları da çoxdur. Bunlar yalnız hərf və ya kiçik dəlisov şəkillər deyil, hərəsinin güc, inanc, cəsarət kimi birmənası var.

Kəpənək:Bu döymə ilə tez-tez qarşılaşmaq olar. Qısa ömür, dəyişən şəxsiyyət və qürur kimi mənaları var. Əslindəbu döymə məsləhət görülmür. Amma kəpənəklərin son dərəcə müsbət və ruhən dərin mənaları da mövcuddur. Qədim dövr mədəniyyətlərində bu kövrək heyvanların ruhları dünyadan cənnətə transfer edildiyinə inanılırdı. Onların qısa həyatları isə insan həyatına bir işarə kimi yozulur. Eyni zamanda, bu döymə ilə kişilər ürəyində əhəmiyyətli bir yerə sahib olan və həyatını itirmiş bir qadını da simvollaşdıra bilər.

Herusun gözü:Misirə aid simvoldur. Eyni zamanda "hər şeyi görən göz" kimi də yozulur. Bu döymənin aid olduğu insana yaxşı şans və rifah gətirdiyinə inanılır. Gündən günə daha çox məşhur olan bu döymənin şans gətirdiyinə inanılsa da, vizual və ruhi ünsürləri da inkar edilə bilməz. "Herosun gözü" sizi qoruyan, yol göstərən bir insanı da simvollaşdıra bilər. Sizi saxta gülüşlərdən, yalanlardan qoruyan və ruh halınızı öz boynuna götürən bir işarədir.

Günəş və ay:Dəbdəbəli, eyni zamanda mistikdir. Günəş və ayın birlikdəliyi, hava, su, od və torpaq elementləri döymə kimi gücüsimvollaşdıra bilər.

Yeni Zelandiya döymələri:Bu döymələr, ya da ən azı modernləşmiş halları məşhurlar arasında da olduqca populyardır. Hər biri fərqli və fərdidir.

Koi balığı:Bu parlaq rəngli balıq Yapon və Çin mədəniyyətinə aid ana xarakterlərdən biridir. Ümumiyyətlə isə cəsarətlə əlaqələndirilir. Bir samuray kimi davrandığına inanılan koi çətin şərtlərin və pis dövrlərin öhdəsindən gələ biləcək ruhani gücü təmsil edir.

Çiçəklər:Xüsusilə qadınlar arasında olduqca məşhur olan çiçək döymələriyalnız fiziki gözəllikləri iləyox, xarakter və xüsusiyyətlərinə görə də seçilə bilər. Orkidegözəllik, lüks və eşqi, nilüfərsaflıq, zəka və müdriklik, Uzaq Şərqdə yetişən plumeriaisə dostluğu təmsil edir.

Musiqi notları:Dünyada bir çox məşhur insanın da seçdiyi notlar, yalnız peşəkarlar deyil, musiqinin imtina edilməz olduğunu düşünən insanlar üçün də olduqca mənalı bir variantdır.