Bizdə bu haqda heç bir məlumat yoxdur.

Unikal.org bildirir ki, bu sözləri Azərbaycanın İstanbul konsulluğunun nümayəndəsi azərbaycanlı iştirakçıların "O səs Türkiyə musiqi yarışmasından uzaqlaşdırılması haqda Axar.az-a danışarkən deyib.

O, konsulluğa məsələ ilə bağlı hər hansı bir şikayət daxil olmadığını bildirib:

"Bizim məsələni araşdırmağımız və vətəndaşların pozulan hüquqlarını qorumağımız üçün həmin şəxslərin bizə müraciət etməsi lazımdır. Yarışmadan kənarlaşdırılan vətəndaşlar bizə müraciət etmədikləri üçün bu məsələ konsulluğun gündəmində deyil.

Qeyd edək ki, "O səs Türkiyə yarışmasında yarışan həmyerlilərimiz - Gülşən İbadova, İlham Nəzərov, Zülfü Əsədov, Müşfiq Əliyev və Nofəl Aslanov heç bir əsas olmadan yarışmadan uzaqlaşdırılıblar.