Azərbaycanın mobil rabitə operatorları "audio kitabxana layihəsinə qoşulacaqlar.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Layihədə məqsəd gözdən əlillərin və görmə qabiliyyəti zəif olanların bədii əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.

Mənbə deyib ki, müraciət bütün operatorlara göndərilib və baxılma mərhələsindədir.

Hazırda 100-dən çox kitab səsləndirilərək "audio kitabxanada yerləşdirilib. "1541 qısa nömrəsini yığmaqla bu xidmətdən günün istənilən vaxtı istifadə etmək olar.