Xəbər verdiyimiz ki, yanvar ayının 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İlham Əliyev iclasda bank sektorundakı problemləri dilə gətirib: Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılmışdır, nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı tədbirlər görülmüşdür, cəza tədbirləri, inzibati tədbirlər görülmüşdür. Prezident deyib ki, bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

Bildergebnis für vAHİD ƏHMƏDOVMilli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Unikal.org-a qısa müsahibəsində bildirib ki, Dövlət başçısı bank sistemindəki problemlərin hamısını nəzərə alaraq ciddi irad tutdu, konkret göstəriş verdi:

"Bank sektorunu sağlamlaşdırmalıyıq, burada şəffaflığı təmin etməliyik. 2016 cı ildə bank sektoru Azərbaycan iqtisadiyyatına çox böyük ziyan vurdu. Həm bank sisteminin likvidliyi təmin edilmədi, həm bank sisteminin kredit portfeli çox pis səviyyədə oldu, həm də bank sistemi manat-dollar məsələsində Azərbaycan əhalisinə ciddi problemlər yaratdı. Bu gün də, o problemlər davam edir. Bu sistemi sağlamlaşdırmaq üçün ciddi addımlar atılmalıdır. Əgər Mərkəzi Bank, Dövlət Neft Fondu hərraca dollar çıxarırsa, banklar bunu alırlarsa, niyə banklarda dollar yoxdur? Bunun üzərində işləmək lazımdır. Bankların müyyən hissəsi bağlandı. Əlbəttə, biz bankların bağlanmağının tərəfdarı deyilik. Bankların təmərküzləşməsi prosesini həyata keçirmək, yeni banklar yaratmaq lazımdır ki, kapitallaşma prosesi, likvidlik yüksək səviyyədə olsun. Biz ölkə prezidentinin imzaladığı Strateji Yol Xəritəsini həyata keçirmək istəyiriksə, bank sistemində sağlamlaşdırma olmalıdır. Əhali ilə bank sistemi araısnda heçbir problem qalmamalıdır. Beynəlxalq Banka təzə sədr seçildi. Təcrübəli insandır. Əsas odur ki, bu sistemdə aparılan proseslər şəffaf olsun.

"MƏRKƏZİ BANK RƏHBƏRLİYİNƏ SUAL VERİRƏM, AZƏRBAYCANDANDAN KÜLLİ MİQDARDA VƏSAİT HANSI YOLLARLA ÇIXARILIR?"

Bildergebnis für Elman Rüstəmov

V. Əhmədov açıqlamasında Mərkəzi Bank rəhbərinə sual ünvanlayıb və bildirib ki, bu çox ciddi məsələdir:

"Mərkəzi Bankın rəhbərliyinə sual verirəm ki, niyə Azərbaycandan külli miqdarda vəsait kənara çıxarılır? Bu hansı yollarla və hansı banklarla həyata keçirilir? Bu çox ciddi məsələdir. Bank sistemində proseslər çoxdur. Cənab prezident bütün bunların hamısını nəzərə alaraq ciddi irad tutdu və konkret göstəriş verdi ki, sağlamlaşma prosesi getməlidir.

Bildergebnis für Rüfət Aslanlı

Deputat "bu ildə bankların bağlanma etimalı varmı-sualını belə cavablandırıb: "Bunu mən deyə bilmərəm. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların monitorinqini aparır və bunun əsasında qərar verir.

Bildergebnis für problemli kreditlər

Millət vəkili problemli kreditlər məsələsinə də toxunub: "Bir daha deyirəm ki, problemli kreditlərin həcmini azaltmaq üçün banklarda sağlamlaşdırma işi aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Banklar krediti elə verməlidirlər ki, insanlar əziyyət çəkməsin. Faizlər aşağı olmalıdır. Real sektorun inkişafı Azərbaycan üçün önəmlidir.