"Günəşli yatağındakı 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Unikal.org SOCAR-ın saytına istinadən xəbər verir ki, "Günəşli yatağındakı 15 saylı dərin dəniz özülündən 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2909-2840 metr intervaldan sutkalıq 100 ton neft və 24 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft İstehsalat Birliyinin "28 May Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.