Gömrükdə külli miqdarda Rusiya rublu aşkar olunub.
Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Samur gömrük postunda Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Sonata markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməyən ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.