Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb. 

Danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, söhbət zamanı Suriyada və onun ətrafında vəziyyətin müzakirəsi davam etdirilib. Nazirlər Astanada keçiriləcək görüş ərəfəsində koordinasiya məsələlərinin zərurətini vurğulayıblar. Lavrov və Zərif həmçinin Rusiya-İran ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar.