Türkiyənin Diyarbəkir şəhərində polis avtomobili keçərkən partlayış törədilib.
Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, iyarbəkir vilayətinin Sur qəsəbəsində polis avtobusu keçərkən terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində 4 nəfər şəhid olub, 2 polis isə yaralanıb.
Diyarbəkir valiliyi terror aktı ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mənfur terror hücumu ilə bağlı araşdırma aparılır. Valilik terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.