2016-cı ildə ölkə rezidentləri tərəfindən 59 mlrd. 987,7 mln. manatlıq və ya 2015-ci ildəkindən 3,8% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6% azalması olub.
Eyni zamanda bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5%, sənayedə 0,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1% artıb.
Keçən il sənayedə 22 mlrd. 434,5 mln. manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 mlrd. 152,2 mln. manatlıq, tikintidə 6 mlrd. 4,4 mln. manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 mlrd. 102,4 mln. manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 mlrd. 369,6 mln. manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 mlrd. 436,3 mln. manatlıq, informasiya və rabitə sahələrində 1 mlrd. 60,2 mln. manatlıq əlavə dəyər yaradılıb.
ÜDM-in 10 mlrd. 836,9 mln. manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4 mlrd. 591,2 mln. manat təşkil edib.
Yola saldığımız ildə ümumi daxili məhsulun 39 mlrd. 403,1 mln. manatı, yəni 65,7%-i iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3%-i (20 mlrd. 584,6 mln. manatı) isə neft-qaz sektorunun payına düşüb.
ÜDM-in əhalinin hər nəfərinə düşən dəyəri 6 mlrd. 223,8 manat olub.