Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) beynəlxalq assosiasiyası bu günkü iclasında 2017-ci il üçün iş planını təsdiqləyəcək.
Unikal.org-a bildirir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, Batumidə TMTM-in inkişaf üzrə işçi qrupunun birinci iclası keçirilib. İclasda Xəzər dənizindən keçməklə Çin-Avropa istiqamətində Transxəzər dəhlizi ilə tariflər nəzərdən keçirilib və alternativ marşrut xətlərinin müqayisəli təhlili aparılıb.
Məlumata görə, iclas iştirakçıları dəhliz rəqabətqabiliyyətliliyi, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Mərkəz Asiya və Çinə, eləcə də əks istiqamətdə yüklərin daşınması imkanları müzakirə olunub.