Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda dəyişiklik baş verib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, AMB-nin Makroiqtisadi tədqiqatlar Departamenti ləğv edilərək onun bazasında İqtisadi təhlil Departamenti yaradılıb.
Həmçinin, İqtisadi inkişafın tədqiqatları Departamenti ləğv edilərək yerində Tədqiqatlar Departamenti yaradılıb.
Bununla yanaşı, Xudaverdi Bəşir oğlu Lazımov Sumqayıt Ehtiyat Mərkəzinin direktoru, Ülkər Həsən qızı Babyeva isə İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri təyin edilib.
Bununla da AMB-də olan departamentlərin ümumi sayı 22-dən 24-ə çatdırılıb.