Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ölkəsində vətən xaini elan edilib.
Unikal.org odatv-yə istinadən xəbər verir ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko 3 il əvvəl baş vermiş hadisələr zamanı Rusiyaya qaçan Viktor Yanukoviçin vətənə xəyanət etdiyini bəyan edib. O bildirib ki, Yanukoviç Rusiyanı Ukraynanı işğal etməyə çağırıb və bu fakt sübuta yetirilib.
Belə ki, rəsmi Kiyev BMT-yə Yanukoviçin Rusiyaya müraciəti ilə bağlı sorğu göndərib və sorğunun cavabında sabiq prezidentin həqiqətən də Rusiyanın hərbi qüvvələrinin Ukraynaya dəvət edilməsi məlum olub.
Qeyd edək ki, V.Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçıb. Bir müddət sonra Rusiya hərbi qüvvələri Krım yarımadasında idarəetməni ələ keçirəndə bu addımı Ukraynanın faktiki rəhbəri V.Yanukoviçin razılığı ilə atdıqlarını bəyan etmişdi.