Suriya ordusu Palmira ətrafında Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD terror təşkilatına qarşı hücumları davam etdirir.

Unikal.org bildirir ki, bu barədə brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri İŞİD-in Palmira ətrafına tarixi abidələrin dağıdılması məqsədi ilə çoxlu sayda partlayıcı gətirib yerləşdirdiyi barədə məlumat əldə edib.

Bundan əlavə Sergey Rudskoy Rusiya və Türkiyə təyyarələrinin birgə hava əməliyyatları keçirdiyini deyib.

Bu əməliyyatlar nəticəsində Hələb əyalətində 40-a yaxın obyektə zərbələr endirilib.