Şəxsiyyət vəsiqələri, pasportlar, digər müxtəlif sənədlər. Bütün bunlar tullantıların arasından tapılıb.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, Ağdamdan məcburi köçkün olan və Paytaxtın Sabunçu rayonu Əmir Bağırov küçəsində məskunlaşan Zülfiyyə Hüseynova 20 gün əvvəl evin yağınlığındakı ərazidən xeyli sənəd tapıb.
Tapılan 50-ə yaxın sənəd arasında sürücülük vəsiqələri, fəxri adlar və avtombilin texniki pasportu da var. Sənədlərdən bəzilərinin müddəti başa çatsa da, əksəriyyəti etibarlıdır.
Zülfiyyə Hüseynova tapdığı sənədləri polisə təhvil verəcəyini bildirib.