Sumqayıtda səhər saatlarında yanğın faktı qeydə alınıb. 

Unikal.org Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıtda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan taxta məmulatları sexinin taxtadan ibarət döşəməsi sahədə 10 m2 sahədə və 1 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.