1937-cı il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür.
1892-ci ildə (bəzi sənədlərdə 1893-cü ildə göstərilmişdir) Şamxor rayonunun Seyfəlli kəndində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar Hərbi Kollegiyasının Bakı şəhərində keçirilmiş qapalı məhkəmə iclasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. 17 dekabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə Ə.Cavada bəraət verilmişdir.
2. İsmayılzadə Mikayıl Müşfiq Mirzə Əbdülqədir oğlu - şair.
1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar Hərbi Kollegiyasının 4 yanvar 1938-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. 23 may 1956-cı il tarixində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə M.İsmayılova bəraət verilmişdir.
3. Hacı Kərim Sanıyev ( Sanılı) - şair.
1878-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.Dəfələrlə həbs edilmiş və günahı sübuta yetirilmədiyinə görə istintaq zamanı buraxılmışdır. 4 iyun 1937-ci ildə növbəti dəfə həbs olunmuş, istintaq zamanı işgəncə verilərək öldürülmüşdür. Azərbaycan SSR Prokurorluğunun 12 iyun 1957-ci il tarixli qərarı ilə H.Sanılıya bəraət verilmişdir.
4. Əsgərov (Əsgərzadə) Salman Mümtaz Məmməd Əmin oğlu - ədəbiyyatşünas, şair, mətnşünas.
1884-cü ildə Nuxa şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 9 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 17 noyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə S.M.Əsgərova bəraət verilmişdir.
5. Xuluflu Vəli Məmmədhüseyn oğlu - ədəbiyyatşünas, publisist.
1894-cü ildə Şamxor rayonunun Dəllər kəndində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 17 noyabr 1956-cı il tarixli qərarı ilə V.M.Xulufluya bəraət verilmişdir.
6. Əfəndiyev Qafur (Qantəmir) Sədrəddin oğlu - yazıçı.
1888-ci ildə Göyçay mahalı Potu kəndində anadan olmuşdur. SSRİ DİXK-in 21 iyun 1939-cu il tarixli Xüsusi iclasının qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının 30 iyul 1956-cı il tarixli qərarı ilə Q.S.Əfəndiyevə bəraət verilmişdir.
7. Rasizadə Hüseyn Cavid Abdulla oğlu - şair.
1882-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndi yaxınlığında vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsi 6 mart 1956-cı il tarixli qərarı ilə H.Rasizadəyə bəraət verilmişdir.
8. Əhmədov Əliabbas (Müznib) Mütəllib oğlu - şair, publisist.
1883-cü ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 27 avqust 1937-ci il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi məntəqədə vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 10 fevral 1959-cu il tarixli qərarı ilə Ə. Əhmədova bəraət verilmişdir.
9. Mahmudzadə Əli Nazim Mahmud oğlu - tənqidçi.
1906-cı ildə İranın Təbriz şəhərində anadan olmuşdur. SSRİ Ali Soveti Hərbi Kollegiyasının səyyar sessiyasının 13 oktyabr 1937-ci il tarixli qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 23 avqust 1941-ci ildə həbsxanada vəfat etmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 19 sentyabr 1957-ci il tarixli qərarı ilə Ə.Mahmudova bəraət verilmişdir.
10. Sadıxzadə (Sadıxov) Seyid Hüseyn Mir Kazım oğlu - yazıçı, tənqidçi.
1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci il iyul ayının 11-də 709 saylı orderə əsasən həbs edilmişdir. SSRİ Ali Məhkəməsinin 5 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hökm 5 yanvar 1938-ci ildə Bakı şəhərində icra olunmuşdur. 6 oktyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə S.Sadıxzadəyə bəraət verilmişdir.
11. Zeynallı Hənəfi Baba oğlu - folklorçu, mətnşünas, ədəbiyyatşünas.
1896-cı ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 12 oktyabr 1937-ci ildə keçirilən hökmü ilə güllələnməyə məhkum edilmişdir. 30 mart 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə H.Zeynallıya bəraət verilmişdir.
12. Ələkbərli Məmməd Kazım Ələkbər oğlu - tənqidçi.
1905-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar sessiyasının Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 7 aprel 1956-cı il tarixli qərarı ilə M.Ələkbərliyə bəraət verilmişdir.
13. Vəzirov (Çəmənzəminli) Yusif Baba oğlu - yazıçı.
1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. SSRİ DİXK-in nəzdində olan Xüsusi Müşavirənin 11 iyun 1940-cı il tarixli qərarına əsasən cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin 28 fevral 1956-cı il tarixli qərarı ilə Y.Vəzirova bəraət verilmişdir.
14. Nəzərli Hacıbaba Ələsgər oğlu - nasir.
1895-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 8 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 6 oktyabr 1956-cı il tarixli qərarı ilə H.Nəzərliyə bəraət verilmişdir.
15. Şahbazov Şahbazi Tağı (Simurq) Abbas oğlu - yazıçı, publisist.
1892-ci (bəzi sənədlərdə 1889-cu il yazılmışdır) ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının 2 yanvar 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə Ş.T.Şahbazova bəraət verilmişdir.
16. Əfəndiyev Sultan Məcid - maarifçi, publisist.
1886-cı ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin keçirilən Hərbi Kollegiyasının 21 aprel 1938-ci il tarixli hökmü ilə güllələnmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 10 dekabr 1955-ci il tarixli qərarı ilə S.Əfəndiyevə bəraət verilmişdir.
17. Talıblı Böyükağa Mirqasım oğlu - yazıçı, publisist.
1897-ci ildə Salyan şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 25 iyun 1957-ci il tarixli qərarı ilə B.Talıblıya bəraət verilmişdir.
18. Həbib Cəbiyev - siyasi dövlət xadimi, publisist.
1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1922-1923-cü illərdə Moskvada "Qızıl Şərq" jurnalının, 1923-1930-cu illərdə "Kommunist" qəzetinin baş redaktoru olmuşdur. Repressiyaya məruz qalaraq 21 aprel 1938-ci il tarixində güllələnmişdir. Stalinin ölümündən sonra bəraət almışdır.
19. Əhmədov Əmin Abid Mütəllib oğlu - tənqidçi, şair.
1898-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan SSRİ DİXK üçlüyünün 19 oktyabr 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Zaqafqaziya Hərbi Tribunalı hərbi dairəsinin 21 dekabr 1962-ci il tarixli qərarı ilə Ə.Əhmədova bəraət verilmişdir.
20. Qənizadə Sultan Məcid - nasir, tərcüməçi.
1868-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Azərbaycan SSRİ DİXK üçlüyünün 14 mart 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 oktyabr 1956-cı il tarixli qərarı ilə S.Qənizadəyə bəraət verilmişdir.
21. Çobanzadə Bəkir Vahab oğlu - dilçi, şair.
1893-cü ildə Krım quberniyasının Simferopol qəzasının Qarasubazar kəndində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 6 iyun 1957-ci il tarixli qərarı ilə B.Çobanzadəyə bəraət verilmişdir.
22. Qubaydullin Qazis (Əziz) Salihoviç - tarixçi.
1887-ci ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə Kollegiyasının 16 mart 1957-ci il tarixli qərarı ilə Q.Qubaydullinə bəraət verilmişdir.
23. Axundov Ruhulla Əli oğlu - ədəbiyyatşünas .
1 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının RSFSR CM-nin 58-5, 58-7, 58-8 və 58-11-ci maddələrinə əsasən güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 10 dekabr 1955-ci il tarixli qərarı ilə R.Axundova bəraət verilmişdir.
24. Qasımov Pənah Ələkbər oğlu - maarifçi, publisist.
1881-ci ildə anadan olmuşdur. 29 aprel 1939-cu ildə Bakı DİXK-in 1 saylı həbsxanasında vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 9 noyabr 1955-ci il tarixli qərarı ilə P.Qasımova bəraət verilmişdir.
25. Mustafa Quliyev - ədəbiyyatşünas, tənqidçi və publisist.
1893-cü il mayın 24-də Şəki şəhərində anadan olmuşdur. "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının məsul redaktoru vəzifəsində işləmişdir. 1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.
26. Rəsulzadə Ağahüseyn - Yazıçılar İttifaqının məsul katibi.
1884-cü ildə Bakının Balaxanı kəndində anadan olub. SSRİ XDİK yanında Xüsusi Müşavirənin 5 iyun 1939-cu il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 15 fevral 1956-cı il tarixli qərarı ilə A.Rəsulzadəyə bəraət verilmişdir.
27. Musaxanlı Atababa Daşdəmir oğlu - tənqidçi, ədəbiyyatşünas.
1905-ci ilin mart ayının 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan SSRİ DİXK üçlüyünün 31 dekabr 1937-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hökm 8 fevral 1938-ci ildə icra edilmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə Kollegiyasının 4 iyul 1956-cı il tarixli qərarı ilə A.D.Musaxanlıya bəraət verilmişdir.
28. İsmayıl Katib - şair.
1898-ci ildə Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. Ağdaş Qəza partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində çalışmışdır. 1938-ci ildə güllələnmişdir.
29. Eminbəyli İbrahim - tənqidçi.
1894-cü ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi 12 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 10 dekabr 1955-ci il tarixli qərarı ilə İ.Eminbəyliyə bəraət verilmişdir.
30. Salamzadə Əbdüləziz (1907-1937) - tənqidçi, tarixçi.
1907-ci ildə Nuxada anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 11 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 28 noyabr 1956-cı il tarixli qərarı ilə Ə.Salamzadəyə bəraət verilmişdir.
31. Hüseynov Mikayıl Namaz oğlu - tənqidçi.
1900-cü ildə anadan olmuşdur. AK(b)P-nın təbliğat şöbəsinin müdiri vəzifəsində işləmişdir (1930-cu illər). SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 19 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1 sentyabr 1956-cı il tarixli qərarı ilə M.N.Hüseynova bəraət verilmişdir. 32. Ağaməmməd Aslanov - publisist.
33. Nemanzadə Ömər Faiq - yazıçı, publisist.
1871-ci ildə Gürcüstanın Axaltsıx rayonu Azqur kəndində anadan olmuşdur.1937-ci ilin 16 iyulunda Tbilisi şəhərində, Axaltsıx rayon prokuroru Odabaşyanın sanksiyası ilə o, növbəti dəfə həbs edilmiş və oktyabr ayının 19-da üçlüyün əmri ilə güllələnmişdir.
34. Trinç Əhməd Bedi oğlu - publisist.
1893-cü ildə anadan olmuşdur. Sovet hakimiyyətinə qarşı təbliğat aparmaqda ittiham olunaraq həbs edilmişdir. 8 iyul 1937-ci ildə Ə.Trinç saxlanıldığı kamerada intihar edərək, özünü asmışdır. 1930-cu illərdə "Azərnəşr"də direktor işləmişdir.
35. Samçızadə Əli Razi Yəhya oğlu - şair, publisist.
1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının 7 yanvar 1938-ci il tarixli hökmü ilə güllələnmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 may 1958-ci il tarixli qərarı ilə Ə.Y.Samçızadəyə bəraət verilmişdir.
36. Şamilov Seyfulla Əli oğlu - nasir, publisist.
1902-ci ildə Qazax rayonunun Tapılı kəndində anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 11 fevral 1943-cü ildə azadlığa buraxılmışdır. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 9 may 1955-ci il tarixli qərarı ilə Ə.Şamilova bəraət verilmişdir. 1974-cü il dekabrın 25-də S.Şamilov vəfat etmişdir.
37. İbrahimov Əlisəttar (1896-1937) - şair-publisist.
1896-cı ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 8 yanvar 1938-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 aprel 1956-cı il tarixli qərarı ilə Ə.İbrahimova bəraət verilmişdir.
38. Qədirbəyova Gülarə İbrahim Xəlil qızı - publisist, ictimai xadim.
1905-ci ildə anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmiş, Sibirə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 30 oktyabr 1957-ci il tarixli qərarı ilə G.İ.Qədirbəyovaya bəraət verilmişdir.
39. Sadıxova (Rəsulzadə) Ümmülgülsüm Əbdüləziz qızı - şairə, nasir.
1900-cü ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 aprel 1938-ci il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 14 mart 1990-cı il tarixli rəyinə əsasən Ü.Ə.Sadıxovaya bəraət verilmişdir.
40. Məmmədov Cabbar Abbas oğlu.
1882-ci ildə İrəvanda anadan olmuşdur. Xalq təsərrüfatı İnstitutunda Dilçilik kafedrasında müəllim işləmişdir (dilçi, pantürkist). SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 2 yanvar 1938-ci ildə keçirilən səyyar sessiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. Hökm 3 yanvar 1938-ci ildə yerinə yetirilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 25 iyul 1957-ci il tarixli qərarı ilə C.A.Məmmədova bəraət verilmişdir.
41. Cəfərov Əkrəm Səftər oğlu - dilçi.
1905-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. Filologiya elmləri namizədi, ADU Dilçilik kafedrasının dosenti işləmişdir. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 5 sentyabr 1942-ci il tarixli qərarı ilə islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğun 16 yanvar 1989-cu il tarixli rəyinə əsasən Ə.S.Cəfərova bəraət verilmişdir.
42. Həsənov İdris Məşədi Zaman oğlu - dilçi.
1897-ci ildə İrəvanda anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 aprel 1939-cu il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1949-cu il dekabrın 21-də yenidən həbs olunmuş, SSRİ DTN yanında Xüsusi Müşavirənin 8 aprel 1950-ci il tarixli qərarı ilə Krasnoyarsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 27 sentyabr 1957-ci il tarixi qərarı ilə İ.M.Həsənova bəraət verilmişdir.
43. Bağırov Qulam Kərim oğlu - dilçi.
1904-cü ildə İranın Mərənd rayonunun Dizə kəndində anadan olmuşdur. 21 iyul 1939-cu ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəmə kollegiyasının 18 aprel 1956-cı il tarixli qərarı ilə Q.K.Bağırova bəraət verilmişdir.
44. Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu.
1909-cu ildə Nuxa şəhərində anadan olmuşdur. 9 mart 1937-ci il tarixində Dəmirçizadə həbs edilmişdir. İstintaq zamanı əməllərində cinayət tərkibi olmadığından Ə.Dəmirçizadə 8 iyul 1937-ci ildə azadlığa buraxılmışdır. Professor Ə. Dəmirçizadənin 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi çap olunmuşdur.
45. Ələkbərov Ağadadaş ("Dərviş" ləqəbli) Hənəfi oğlu.
1867-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın mərsiyəxan şairlərindən biri olub (dini təbliğ edən əsərlər yazdığına görə 16 dekabr 1937-ci il tarixində həbs edilib). Azərbaycan SSRİ DİXK üçlüyünün 31 dekabr 1937-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. 16 yanvar 1938-ci ildə hökm icra olunmuşdur. Azərbaycan SSRİ Ali Məhkəmə kollegiyasının 27 oktyabr 1958-ci il tarixli qərarı ilə A.H.Ələkbərova bəraət verilmişdir.
46. İsmayılzadə Cəfər Balaəmi oğlu - şair, ədəbiyyatşünas, tərcüməçi.
1905-ci ildə Bakı şəhərinin Mərdəkan kəndində anadan olmuşdur. 22 iyun 1935-ci ildə Azərbaycan SSR CM-nin 73-cü maddəsinə əsasən (sovet hakimiyyətinə qarşı təbliğat) 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.SSRİ DİXK yanında Xüsusi Müşavirənin 21 avqust 1943-cü il tarixli qərarı ilə Qazaxıstan SSR-nin Şimali Qazaxıstan vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının səyyar sessiyasının 7 iyul 1956-cı il tarixli qərarı ilə C.İsmayılzadəyə bəraət verilmişdir. 1985-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
47. Qasımov Ənvər Yusif oğlu, tərcüməçi, publisist.
1914-cü ildə Yevlax şəhərində anadan olmuşdur. "Kommunist", "Kirovabad bolşeviki" qəzetləri redaksiyasında, 1937-ci ildən isə Azərbaycan SSR XKS-də tərcüməçi işləmişdir. SSRİ DİXK yanında Xüsusi Müşavirənin 25 sentyabr 1943-cü il tarixli qərarı ilə Qazaxıstan SSR-nin Şimali Qazaxıstan vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 20 yanvar 1955-ci il tarixli qərarı ilə Ə.Qasımova bəraət verilmişdir.
48. Nəcəfov Rzaqulu Ələkbər oğlu - ədəbiyyat işçisi, tərcüməçi, müəllim.
1885-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan SSR DİXK üçlüyünün 21 oktyabr 1937-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hökm 29 noyabr 1937-ci ildə yerinə yetirilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının səyyar sessiyasının 18 avqust 1956-cı il tarixli qərarı ilə N.Rəcəbova bəraət verilmişdir.
49. Axundov Mirzə Məhəmməd - "Molla Nəsrəddin"çi, şair, alim, xalq müəllimi.
1875-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Fövqəladə Komissiyasının 17 dekabr 1920-ci ildə keçirilən iclasında alınmış qərara əsasən, müsavat hökuməti və partiyasına qulluq etdiyinə görə günahlandırılmış, cəzasını ağır işlər görülən düşərgədə çəkməklə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1923-cü ildə vəfat etmişdir.
50. Mir Cəfərov Mir Məhəmməd Kərim Mir Cəfər oğlu - tərcüməçi, yazıçı, jurnalist, Bakı qazısı.
1872-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Azərbaycan SSR DİXK üçlüyünün 2 mart 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 15 iyul 1960-cı il tarixli qərarı ilə M.M.Mir Cəfərova bəraət verilmişdir.
51. Abdullayev Zülfüqar Həsən oğlu - filoloq, "Azərnəşr"də tərcüməçi.
1898-ci ildə Şuşada anadan olub. Azərbaycan SSR DİN qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 12 sentyabr 1966-cı il tarixli qərarı ilə Z.H.Abdullayevə bəraət verilmişdir.
52. Qafarov Hüseyn Cəfər oğlu - Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, filoloq.
1908-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan SSR DİN qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.
53. Muradov Şirməmməd Əhməd oğlu - Nizami adına Ədəbiyyat İnstitutunda lüğətlər şöbəsinin müdiri.
1898-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan SSR DİN qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 12 sentyabr 1966-cı il tarixli qərarı ilə Ş.Ə.Muradova bəraət verilmişdir.
54. İbrahimbəy Musabəyov - maarifçi, nasir.
1880-ci ildə Qəbələ (Qutqaşen) rayonunda anadan olmuş, 1937-ci ildə repressiyaya məruz qalmış, 1942-ci ildə Karaqandada həlak olmuşdur.
55. Teymur bəy Bayraməlibəyov - folklorşünas, tarixçi.
1862-ci ildə Masallıda anadan olmuş, 1937-ci ildə repressiyaya məruz qalmışdır. Folklorşünas və tarixçi kimi bir çox əsərlərin müəllifidir.
56. Əbasəlt Rizai (1902-1938) - şair-tərcüməçi.
1938-ci ildə güllələnmişdir.
57. Yusif Hacızadə (1909-1973) - şair, tərcüməçi.
1937-ci ildə Sibirə sürgün edilmişdir.publika.az