"Azərenerji ASC 15 yeni "NAZ Lifan markalı avtomobil alıb.

Unikal.org report-a istinadən əldə etdiyi məlumata görə, maşınlar 2016-cı ilin dekabrın sonlarından etibarən istifadəyə buraxılıb.

Alınan maşınların bir hissəsi "NAZ Lifan 720 və digər qismi "NAZ Lifan X60 modelləridir. Həmin avtomobillər qurumun istifadəsində olan Sovet və Rusiya istehsalı olan maşınları əvəz edib.

ASC bu avtomobillərin alınması üçün ümumilikdə 217,5 min manat vəsait xərcləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin əvvəllərində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara yerli istehsal olan "Naz-Lifan avtomobillərini tövsiyə etmişdi. Bu tövsiyədən sonra bir sıra hökumət qurumları öz xidməti maşınlarını "NAZ Lifanla əvəz edib.