Xəbər verdiyimiz kimi, qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə müalicəsinin üçüncü mərhələsini etdirmək üçün xəstəxanaya yatıb.

Unikal.org-un məlumatına görə, rejissorun səhhəti yenidən pisləşib. Ş.Zəkizadənin xanımı Səbinə Zəkizadə bildirib ki, analizlərin cavabı yaxşı çıxmayıb:

"Bir neçə gün əvvəl Şahinin müalicəsinin üçüncü kursuna başlamışdılar. Kimyaterapiyaya başlamaq üçün analiz götürüldü. Amma cavablar ürəkaçan olmadı, xəstəlik yenidən qayıdıb. Leykositlər və limfositlər normadan çox çıxıb. Həkimlər sümük iliyindən də analiz götürəcəklər. Həkimlər deyirlər ki, tez bir zamanda əməliyyat olunmalıdır. Hələ də inana bilmirəm, şokdayam. Necə qayıdıb? Allah dualarımızı eşitsin".axşam.az