Azərbaycanda saqqıza xərclənən pulların miqdarı açıqlanıb.
Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, 2016-cı ilin yanvar-sentyabr aylarındamalların idxalı və ixracına dair göstəricilərdə bu öz əksini tapıb.
Bildirilir ki, sözügedən tarixdə Azərbaycana şəkərli və ya şəkərsiz 813 ton saqqız idxal olunub.
Gətirilən saqqıza görə 4 milyon 174.44 min dollar pul xərclənib.
Həmçinin bu tarix ərzində Azərbaycandan da 10.2 ton şəkərli və şəkərsiz saqqız ixrac olunub. Bu saqqızın dəyəri isə 28.15 min dollardır.