Azərbaycanda dolların manat qarşılığında məzənnəsinin bahalaşması ərzaq və qeyri ərzaq məhsulları ilə yanaşı saqqızın qiymətinə də öz təsirini göstərib.

Unikal.org-un əməkdaşının apardığı araşdırmaya görə, bir sıra məşhur saqqız firmaları Azərbaycanda satdıqları məhsulun qiymətini 10-55 qəpik arası bahalaşdırıb.

"Dirol, "Orbit adı ilə satışa buraxılan saqqızların qiymətində ən azı 10 qəpik bahalaşma qeydə alınıb. Belə ki, əvvəllər 50 qəpiyə satılan saqqızların hazırda bir qutusu 60 qəpiyə satılır.

Məşhur "Mentos saqqızları da bahalaşıb. 1 manata satılan Mentos hazırda 1 manat 20 qəpik, qutusu 3 manata satılan  3 manat 55 qəpik,  4 manat 3 qəpiyə satılan mentos saqqızları isə 2 manat 90 qəpik olub.