Qan xərçəngindən əziyyət çəkən məşhur rejissor Şahin Zəkizadənin xanımı Səbinə Zəkizadə həyat yoldaşının səhhəti ilə bağlı sosial şəbəkədə məlumat yayıb.

Unikal.org xəbər verir ki, S.Zəkizadə rejissorun sağlamlıq vəziyyətinin ürəkaçan olmadığını bildirib.

"Şahindən ilik analizləri götürülmüşdü, artıq cavablar gəlib. Nəticə heç də ürəkaçan olmadı. Xəstəlik işıq sürəti ilə irəliləyir. Sümük iliyinə keçib. Həkim deyir ki, mütləq əməliyyat olunmalıdır, yeni ilik köçürülməlidir. Şahin üçün dua edin. İstəmirəm gözümün önündə əriyib, əllərim arasında getsin. Allahın möcüzələrinə inanıram, səsimizi eşidəcək, yardım edəcək, - deyə o qeyd edib.