"Lider TV Rusiyanın Xarici işlər naziri Sergey Lavrova ünvanlandığı suala görə işdən azad edildiyi deyilən müxbiri Anar Həsənovla bağlı açıqlama verib.

Şirkətin "Xəbərlər departamentinin rəhbəri Anar Şükürov unikal.org-a bildirib ki, müxbirin işdən azad edilməsinin ünvanlandığı sualla heç bir bağlılığı yoxdur: "Müxbirin işdən azad olunması Rusiya Xarici işlər nazirinə ünvanlandığı sualla görə deyil, televiziyanın daxili əmri ilə bağlı olan məsələdir:

"Təəssüf ki, Anar Həsənovun işdən azad olunması məhz bu ərəfəyə düşdü. Yəni müxbirin işdən çıxarılması Rusiya Xarici işlər nazirinə ünvanlandığı sualla bağlı deyil.Onun işdən azad edilmə səbəbi tamamilə başqadır. Yəni hər bir idarədə, müəssisədə zaman-zaman işçilərin işdən çıxarılması, müqavilə müddətinin başa çatması, yaxud könüllü çıxması baş verir. Məsələn, 2 ay əvvəl, elə təxminən 5 gün əvvəl başqa işçilər də işdən azad olunub. Anar Həsənovun işdən çıxarılmasının bu zamana düşməsi sırf təsadüfdür.

A.Şükürov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Liderin müxbirinin verdiyi suala görə cəzalandırması xəbərinin də yanlış olduğunu deyib və bildirib ki, müxbirin verdiyi suala görə nə Rusiyadakı Azərbaycan səfirliyindən, nə də burdan elə bir zəng, təpki olmayıb.